M.Ferstappen: Həmiltona yol verməməli idim

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Həmiltona yol verməkdənsə, fərqi açmağı seçməli idi.

F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışın sonlarında Həmiltonu keçsə də, bunu trası kəsərək edib və komandası ona rəqibini buraxması ilə bağlı təlimat verib. Təlimata qulaq asan Ferstsppen rəqibini növbəti dəfə keçə bilməyib və ikinciliklə barışmalı olub.

Maks Ferstappen: “Məyusedicidir, amma müsbət halları da görmək lazımdır. Onlarla mübarizə apara bilirik və mövsümə belə başlamağımız əla oldu.

Yerimi qaytarandan sonra nə baş verdiyini bilmirəm. Hələ də aşağı sürətli döngələrdə zəifik. Bunu yoxlayacağıq. Lakin yarışın sonunda yaxşı xallar qazandıq. Bu, vacib idi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*