Ferstappen Ferrari-yə hörmət edir, amma qırmızı rəngə boyanmağa hazır deyil

Maks Ferstappen "hər bir sürücü qırmızı kombinezon geyinib qırmızı maşının sükanı arxasına keçməyi arzulayır" kimi köhnə iddia, əslində isə məşhur deyimlə razılaşmır. Vaxtilə Toto Volff bunu məhz belə ifadə edib - Lyuis Həmilton Mercedes-dən Ferrari-yə keçmək qərarı verəndə.

Lakin Sinqapur Qran Prisi ərəfəsində italyan komandası ilə mümkün əməkdaşlıq perspektivləri ilə bağlı sual Maksa Ferstappenə ünvanlananda, dördqat dünya çempionu buna belə cavab verib:

“Mən sadəcə qalib gəlmək istəyirəm, nostalji hisslər isə mənlik deyil. Əlbəttə, Ferrari brendinə böyük hörmətlə yanaşıram, amma bu, 5-ci və ya 6-cı yer uğrunda mübarizə aparmaq üçün maksimum gücü ortaya qoymaq deməkdirsə, bunun nə mənası var?

Məni yalnız nəticələr maraqlandırır, mən artıq Red Bull Racing-lə birlikdə çox şeyə nail olmuşam, bu komanda mənim üçün ikinci ailəyə çevrilib və indi məni yeni çağırış motivasiya edir, çünki biz hər şeyi tamamilə yenidən qurmağa çalışırıq”.

Ondan Kristian Horner və artıq Loran Mekisin rəhbərlik etdiyi komandadakı ab-hava barədə soruşulanda, Maks deyib: “Hazırda işlərimizin necə getdiyi xoşuma gəlir, xüsusən də komandanın bütün əməkdaşlarının necə çalışdığını nəzərə alsaq. İndi atmosfer daha az gərgindir, stress də azalıb.

Horner paddoka qayıtmalıdırmı? Cavabımın kobud səslənməsini istəmirəm, amma bu mənim problemim deyil və ümumiyyətlə, məni maraqlandırmır. O, qarşısına qoyulan vəzifələrin öhdəsindən gəlməyi bacardığını sübut edib və uyğun fürsət yaranarsa, qayıdacaq, buna heç şübhəm yoxdur”.

Ferstappenin düzlüyü və səmimiyyəti azarkeşlərin dəyərləndirdiyi keyfiyyətlərdən biridir və onlardan biri Sky Sports-a verdiyi bu müsahibəyə sosial şəbəkədə belə reaksiya verib: “Maks, həmişə olduğu kimi, yalnız həqiqəti deyir!”

Başqa biri isə əlavə edib: “Mən Ferrari azarkeşiyəm və bu cür şərhlər məni qəzəbləndirməlidir, amma bu adam yerində danışır. Hər şey məhz belədir”.

,