R.Braun: Ferrari qayıdacaq

Formula1-in idman direktoru Ross Braun düşünür ki, Ferrari tezliklə çempionluq uörunda mübarizəyə qayıdacaq.

F-1.az xatırladır ki, “qırmızılar” keçən il yarış qazanmadan mövsümü bağlamışdılar. Lakin idmanın ən titullu komandası bu mövsümə də yaxşı başlamayıb. Mövsümün ilk 4 yarışında podiumsuz qalan Ferrarinin ən yaxşı nəticəsi İmola və Barselonadakı 4-cülük olub.

Ross Braun: “Ön tərəfdəki hadisələri izləyəndə yaxşı performans göstərən sürücüləri nəzərdən qaçırmaq mümkündür. Lekler də bu sürücülərdən biridir. SF21 kçənilki Ferrari-dən daha yaxşıdır və Lekler hər yarış sürətlənir. Ferrari tezliklə zirvəyə qayıdacaq və keçən ilə nisbətən daha güclüdürlər. Komanda yüksək səviyyədə işləyir. Fərqli traslarda sürətli olan paketləri var. Bolid də yaxşı performans göstərir.

Hazırda Şarlla Karlosun yaxşı tempi var və bunu gözardı etmək olmaz. İki sürücünün yola getməsi komandanı irəliyə aparacaq. Yaxşı bolidlə hər ikisi də yarışlar qazana bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*