D.Hill: Ferrari-nin daha az işi var

Sabiq Formula1 sürücüsü Deymon Hill düşünür ki, Ferrari-nin görüləsi işləri azdır.

F-1.az xatırladır ki, Ferrari keçən mövsümə yaxşı başlasa da, etibarsızlıq problemləri üzündən geri düşmüşdülər.

Deymon Hill: “Mercedes-lə müqayisədə Ferrari-nin daha az işi var. Mercedes elə maşın düzəltdi ki, onu heç anlaya bilmirdilər. Buna görə hər şeyə başdan başlamalı olacaqlar. Ferrari bolidinin bünövrəsi daha yaxşıdır. Mövsüm ərzində bunu dəyərləndirməlidirlər. Belə olan halda rəqiblərlə mübarizələri asan olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*