21 Noyabr 2019, Cümə axşamı - 14:45

M.Arrivabene: “Ötürmələr qutusu problemi bizi narahat edir”

M.Arrivabene: “Ötürmələr qutusu problemi bizi narahat edir”

Müəllif: Rauf Hacıyev, redaktor

17:19 - 11 İyul, 2016

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, son iki yarışda yaşadıqları ötürmələr qutusu problemi onları narahat edir.

F-1.az xatırladır ki, həm Avstriyada, həm də Britaniyada Sebastyan Fettelin maşınında ötürmələr qutusu dəyişdirilmişdi və almaniyalı sürücü hər dəfə stratda 5 yer itirməli olmuşdu. Xatırladaq ki, Fettel Britaniyada 2 dəfə ötürmələr qutusunu dəyişdirməli olmuşdu.

Arrivabene bildirib ki, hər 3 problemin səbəbi fərqlidir və onlar araşdırma başladıblar: “Bu problemi 3-cü dəfə yaşadıq və biz narahatıq. Bunu tez bir zamanda həll etməliyik. Hazırda nəsə demək üçün çox tezdir, amma mən düşünürəm ki, problem materialla əlaqəlidir. Ümid edirəm ki, hesablamalarla bağlı problem deyil”.

Fettel yaşadığı problemlərdən sonra Ferrari-ni tənqid edib. Arrivabene bu barədə də danışıb: “O, robot deyil. İnsandır. Buna görə də onun tənqidi labüddür”.

Arrivabene fərqli sazlanmalara qarşı həssas olan bolidlərini düzəltmək üçün əllərindən gələn hər şeyi edəcəklər: “Mövsümün bu vaxtında yeniliklər olmur. Əvvəlcə bəzi problemləri həll edərək, bolidin stabil işləməsini təmin etməliyik. Daha sonra yeniliklər gələcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 312
Teqlər , ,
Paylaş

logo