24 İyun 2019, Bazar ertəsi - 23:49

Ferrari-nin 2019-cu il bolidi hazırdır?

Ferrari-nin 2019-cu il bolidi hazırdır?

Müəllif: Rauf Hacıyev, redaktor

12:16 - 17 Dekabr, 2018

İtaliya mətbuatının verdiyi xəbərlərə əsasən, Ferrari komandası 2019-cu il üçün maşınını, demək olar ki, hazırlayıb və aerodinamik borudan müsbət məlumatlar alıb.

F-1.az xatırladır ki, “qırmızılar” 2017-ci və 2018-ci illərdə mövsümə əla başlasalar da, mövsümün ikinci yarısından zəifləyiblər. Komanda gələn mövsüm artıq 12 il gözlədiyi çempionluğu qazanmaq istəyir.

Gələn il aerodinamika cəhətdən böyük dəyişikliklər olacaq və əksər mütəxəssislər düşünür ki, qüvvələr nisbəti dəyişə bilər.

Corriere dello Sport xəbər verir ki, Ferrari 2019-cu il bolidini düzəldib və aerodinamik borudan gələn məlumatlar çox yaxşıdır: “Ferrari-nin bolidi, demək olar ki, hazırdır. Aerodinamik boru ilə bağlı məlumatlar ortaya çıxıb və hər şey yaxşıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 469
Teqlər
Paylaş

logo