K.Rəykkönen: “Gələn il çempion olacam”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, bu il çox yaxşı işləyiblər və gələn il daha güclü olacaqlar.

F-1.az xatırladır ki, Ferrari mövsümün ilk yarısında ikisi dubl olmaqla 4 yarış qazansa da, ikinci yarıda sürücülər cəmi 2 dəfə podiuma yüksələ biliblər.

Kimi Rəykkönen: “Ferrari hər yarışda rəqabətədavamlı olmaq istəyən komandadır. Təbii ki, məqsədimiz hər yarış dubl etməkdir, amma indiki halda bunu bacarmaq asan deyil. Bu mövsüm doğru addımlar atdığımızı gördük və gələn il daha güclü bolid çıxaracağıq.

Komanda daxilində yaxşı münasibət var və hər cür problemi danışaraq həll edə bilirik. Sebastyan mükəmməl sürücüdür və bir-birimizə kömək edirik. Fettel Formula1-ə gəldiyi gün tanış olduq və yaxşı dostluğumuz var. Təbii ki, trasda bir-birimizi məğlub etmək istəyirik. Hələ də çempion ola biləcəyimə inanıram. Buna görə də təslim olmayacam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*