Həmilton: Bir ara mən bir dəqiqə geri qalırdım

İkinci yerdən start alan Lyuis Həmilton Ferrari-nin təkər seçimi ilə bağlı səhvi ucbatından geriyə düşüb. Safety Car sayəsində yenidən mübarizəyə qayıdıb, döyüşkən yarış keçirib və sonda podiuma yüksəlib…

Lyuis Həmilton: “Maksı təbrik edirəm! Yarışım çətin alındı. Aydındır ki, startda yanlış qərar qəbul etmişikdik və bu, çox xoşagəlməz oldu.

Bir tərəfdən, yenidən podiuma yüksəldiyim üçün çox şadam. Amma startda arxamdakı və önümdəki sürücülər təkər qızdırıcılarını çıxaranda və onlarda keçid təkərləri, bizdə isə sliklər olanda düşündüm: “Mənim yarışım bitdi”. Görürdüm ki, hamı məndən uzaqlaşır, hansısa anda ekranda liderlərdən bir dəqiqə geri qaldığımı gördüm.

Komanda məndən pit-stop edib-etməməli olduğumuzu soruşdu, mən də cavab verdim: “Xeyr, biz artıq qərar qəbul etmişik, bununla barışmalı olacağıq. Və bu asfalt quruyana qədər burada qalacağıq”.

Amma başımı aşağı salmamışam. Uşaqlarımız pit-stoplarda əla işləyib. Əlbəttə, çoxlu pit-stop olub, çoxlu ötmə yaşanıb. Düzünü desəm, burada çıxış etdiyim bütün illər ərzində bu, Malayziyada ən yaxşı yarışım olub, amma xüsusilə də bu azarkeşlər sayəsində. Buna görə hamıya böyük təşəkkür edirəm”.