Çin-2018: Birinci sərbəst yürüşlər

Şanxayda hava tutqun, lakin quru olub. Trasa bir neçə damcı yağış düşsə də, davamı gəlməyib və nəticədə sürücülər 2017-ci illə müqayisədə bu dəfə rahat işləyə biliblər. Lakin hava bir həftə əvvəl Bəhreynlə müqayisədə xeyli sərin olub.

F-1.az bildirir ki, sürücülər sessiyaya Medium və Soft təkərlərlə başlayıblar. UltraSoft təkərlərə keçikdən sonra nəticələr xeyli yaxşılaşıb. Tras əvvəlcə xeyli sürüşkən olub, Həmilton, Fettel və Rəykkönen kimi təcrübəli sürücülər belə səhvlərə yol veriblər.

Həmilton sessiyanın ortasında göstərdiyi nəticə ilə rəqiblərini xeyli üstələyib – 1:33.999. Britaniyalı sürücü daha yaxşı nəticə göstərə bilərdi, lakin səhvə yol verib və boksa qayıdıb.  Rəykkönen onun nəticəsinə 0.350 saniyə uduzub.

Ferstappen və Vandorn da səhvə yol verərək çınqıllığa düşüblər, lakin baryerlərlə toqquşmaqdan yayına biliblər. Məşqlər Bakı vaxtı ilə saat 10:00-da davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:33.999 22
2 7 Kimi Rəykkönen Ferrari 1:34.358 + 0:00.359 14
3 77 Valtteri Bottas Mercedes AMG 1:34.457 + 0:00.458 28
4 3 Daniel Rikkardo Red Bull 1:34.537 + 0:00.538 22
5 33 Maks Ferstappen Red Bull 1:34.668 + 0:00.669 22
6 5 Sebastyan Fettel Ferrari 1:34.861 + 0:00.862 18
7 20 Kevin Maqnussen Haas 1:35.178 + 0:01.179 21
8 55 Karlos Sayns Renault 1:35.616 + 0:01.617 23
9 8 Roman Qrojan Haas 1:35.718 + 0:01.719 21
10 27 Niko Hülkenberq Renault 1:35.800 + 0:01.801 18
11 10 Pyer Qasli Toro Rosso 1:36.037 + 0:02.038 21
12 14 Fernando Alonso McLaren 1:36.044 + 0:02.045 29
13 11 Serxio Peres Force İndia 1:36.051 + 0:02.052 28
14 31 Esteban Okon Force İndia 1:36.351 + 0:02.352 32
15 35 Sergey Sirotkin Williams 1:36.691 + 0:02.692 31
16 28 Brendon Hartli Toro Rosso 1:36.715 + 0:02.716 23
17 16 Şarl Lekler Sauber 1:36.723 + 0:02.724 23
18 2 Stoffel Vandorn McLaren 1:36.756 + 0:02.757 25
19 9 Markus Eriksson Sauber 1:36.909 + 0:02.910 21
20 18 Ləns Stroll Williams 1:37.277 + 0:03.278 28
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*