Rəsmən: Esteban Okon mövsümün sonunda Haas-dan ayrılacaq

Haas komandası və Esteban Okon Formula1 mövsümü başa çatdıqdan sonra əməkdaşlıqlarına rəsmən son qoyduqlarını açıqlayıblar. 2027-ci ildə Oliver Börmanın yeni komanda yoldaşı olacaq, Esteban isə karyerasını davam etdirmək üçün başqa variantlar axtarmağa yollanacaq.

Esteban Okon: “Mənim Haas-la yolum 2026-cı il mövsümü başa çatdıqdan sonra bitəcək. Bu layihədən başımı dik tutaraq və görülən işlə fəxr edərək ayrılıram, xüsusilə də nəzərə alsaq ki, müxtəlif səbəb və amillərə görə bəzi məqamlar mənim nəzarətimdən kənarda qalıb.

Hazırda bütün diqqətimi qarşıdakı yarış həftəsonuna yönəltmişəm. Komanda ilə birlikdə çox işləməyə, hər fürsətdən yararlanmağa və boliddən maksimum nəticə çıxarmağa davam edəcəyəm. Mövsümün sonuna qədər qarşıda hələ çox yarış var və mən həmişə olduğu kimi, həm özüm, həm də komanda üçün sükan arxasında maksimumumu verməyə davam edəcəyəm.

Mən hələ də motivasiyalıyam və qələbələr qazanmağa can atıram. Bu, Formula1-də karyeramın sonu deyil”.

Ayо Komatsu: “Estebana 2025-ci ildə komandaya qoşulduğu gündən bəri kollektiv üçün etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Onun peşəkarlığı və işə sadiqliyi komandanın inkişafına çox kömək edib.

Bu il böyük texniki reqlament dəyişiklikləri ilə əlaqədar birlikdə ciddi sınaqla üzləşmişik. Estebanın sükan arxasındakı təcrübəsi və onun geri bildirimləri mövsüm ərzində VF-26-nın inkişafı üzərində işdə mühüm rol oynayıb.

İlin sonuna qədər qarşıda hələ çox yarış var, buna görə də hazırda diqqətimizi birgə işə yönəltmişik və mövsümün son yarışına qədər hər fürsətdən yararlanmağa çalışacağıq”.

,