K.Maqnussen: “Mükəmməl yerdəyəm”

Haas komandasının yeni sürücüsü Kevin Maqnussen inanır ki, amerikanların güclü potensialı var.

F-1.az xatırladır ki, Haas komandası Formula1-də 2016-cı ildə debüt etmiş və ilk mövsümündə 29 xal toplayaraq, Renault, Sauber və Manor komandalarını qabaqlamışdı.

Amerikalılar bu mövsüm Maqnussen və Qrojan cütü ilə yarışacaqlar və əsas hədəfləri hər yarışdan xal almaqdır.

Kevin Maqnussen: “Bu, sıfırdan başlayan yeni komandadır və böyük potensialları var. Pis başlamadılar və ilk mövsümlərində 29 xal topladılar. Məncə, bu heç də pis deyil. Daha da inkişaf edə bilərik.

Renault və McLaren çox köklü komandalardır. McLaren çox güclü komandadır. Böyük büdcəsi və insan resursları var. Renault hələki yeni komandadır, ancaq tam yeni deyil. Resursları tükənmiş Lotus-u satın aldılar. Renault onları almamışdan əvvəl resurları tükənmişdi”.

Maqnussen Formula1-də yarışdığı üçün xoşbəxtdir: “Formula1-də yarışdığım üçün xoşbəxtəm. McLaren mənə Formula1-ə girməmişdən əvvəl çox dəstək verdi və orada çox şey öyrəndim. O gündən etibarən Formula1-də bəzi fürsətlərə sahib olduğum üçün xoşbəxtəm. Üç mövsümdə 3 fərqli komanda ilə işlədim. Məqsədim komandada uzun illər qalmaqdır.

Hazırda mükəmməl yerdəyəm və özümü daha yaxşı yerlərə daşıya bilərəm. Mənə verdikləri fürsətə görə minnətdaram. Hazırda olduğum yerə görə özümü yaxşı hiss edirəm. Çox adam heç burada yarışa bilmir. Məqsədim çempion olmaqdır və bunu bacaracağıma əminəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*