14 Oktyabr 2019, Bazar ertəsi - 03:24

PDVSA ödənişi gecikdirir, Maldonado yerini itirə bilər

PDVSA ödənişi gecikdirir, Maldonado yerini itirə bilər

Müəllif: Elçin Zodorov, redaktor

22:36 - 13 Yanvar, 2016

Pastor Maldonado sponsoru PDVSA şirkətinin pulu ödəməyəcəyi halda komandadakı yerini itirə bilər. Bu gün yayılan xəbərlərə görə, ödəniş artıq bir-neçə həftədir ki, gecikir.

F-1.az xəbər verir ki, Venesuelanın neft şirkəti PDVSA Maldonado üçün Renault-ya illik 50 milyon dollar ödəyir. Amma şirkət tərəfindən ödəniş gecikdirilir. Bunu şirkətin iqtisadi vəziyyətinin pisləşməsi ilə əlaqələndirənlər də var. Xarici mətbuatda yayılan xəbərlərə görə, növbəti həftəyə qədər ödəniş təmin olunmasa, komanda venesuelalı pilotla yollarını ayıracaq.

Biz səhər xəbər vermişdik ki, McLaren-in test pilotu Kevin Maqnussenin Renault-nun fabrikinə baş çəkdiyi və komanda rəhbərliyi ilə danışıqlar apardığı bildirilir.

Renault-dan verilən məlumatda isə komandanın Colion Palmer və Pastor Maldonado ilə mübarizə aparacağı deyilib. PDVSA barədə çıxan xəbərlərə isə heç bir münasibət bildirilməyib.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 458
Teqlər , , , , ,
Paylaş

logo