23 Sentyabr 2019, Bazar ertəsi - 07:24

C.Palmer yeni boliddə özünü yaxşı hiss edir

C.Palmer yeni boliddə özünü yaxşı hiss edir

Müəllif: Rauf Hacıyev, redaktor

13:19 - 13 Mart, 2017

Renault komandasının sürücüsü Colion Palmer bildirib ki, 2017-ci ilin bolidi R.S.17-ni sürmək asandır.

F-1.az xatırladır ki, Renault testlərdə bir neçə dəfə problem yaşayıb.

Colion Palmer: “Boliddə özümü yaxşı hiss edirəm. Sürmək əvvəlkinə nisbətən asandır. Testlərin son günündə yaxşı işlər gördük. R.S.17 hər cəhətdən güclüdür. Çatışmayan cəhətləri isə ilk yarışa qədər düzəldəcəyik. Avstraliyadakı ilk yarışlar bu bolidlər üçün xüsusi olacaq. Ötmələrin çətinliyi barədə heç nə bilmirəm, amma əvvəlki illərə nisbətən əyləncəli olacaq.

Məqsədim hər yarışdan xal almaqdır. Təbii ki, orta qrupdakı komandaların performansını gördükdən sonra bunu etmək çətin olacaq. Amma əlimizdən gələni edib, keçən ildən daha yaxşı nəticə qazanmaq istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 267
Teqlər ,
Paylaş

logo