10 Dekabr 2018, Bazar ertəsi - 23:48

M.Budkovski Renault-ya qoşulub

M.Budkovski Renault-ya qoşulub

Müəllif: Rauf Hacıyev, redaktor

10:22 - 28 Aprel, 2018

FİA-nın sabiq texniki direktoru Marçin Budkovski Bakı yarışından etibarən Renault-dakı işinə başlayıb.

F-1.az xatırladır ki, Budkovski yanvar ayından etibarən rəsmi olaraq Renault komandasının işçisi olsa da, aprelin 1-ə qədər Enstounda işə başlaması qadağan idi. Amma polşalı mütəxəssis Renault komandası ilə artıq Bakıya gəlib.

Xatırladaq ki, Budkovskinin FİA-dan ayrılıb Renault-ya qoşulması digər komandaların xoşuna gəlməmişdi. Çünki Marçin əvvəlki vəzifəsinə görə bütün komandaların dizayn sirlərini bilir.

Renault-nun texniki direktoru Bob Bell və şassi üzrə direktoru Nik Çester vəzifələrinə davam edirlər və onlar Budkovski ilə işləyəcəklər.

Nik Çester: “Çox təcrübəlidir. Onu FİA-da işlədiyi dövrlərdən tanıyıram. Belə təcrübəli və komandanı qabağa apara biləcək mütəxəssisə sahib olmaq çox yaxşıdır. FİA-da 3 il işləyib və bundan başqa müxtəlif komandalarda 10 il aerodinamika mütəxəssisi kimi çalışıb. Bolidi təkmilləşdirmək üçün əla təcrübəsi var”.

Qeyd edək ki, Marçin Budkovski daha əvvəl Ferrari və McLaren kimi komandalarda aerodinamika mütəxəssisi işləyib.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 103
Teqlər , , , , , ,
Paylaş

logo