Haas-ın təqdimat günü açıqlanıb

Formula1-də ikinci mövsümünə hazırlaşan Haas komandası 2017-ci il bolidi VF-17-ni fevralın 25-də Barselonanın Kataloniya trasında təqdim edəcək.

F-1.az xatırladır ki, amerikanlar Formula1-dəki ilk mövsümündə mükəmməl performans göstərərək, 29 xal toplamış və 8-ci olmuşdular. Keçən il Ferrari mühərrikləri ilə yarışan Haas komandası bu il də italyanlarla tərəfdaşlığa davam edəcək.

ABŞ təmsilçisi FİA-nın çarpma testlərindən uğurla keçib və yeni VF-17 Barselonadakı mövsümöncəsi testlərdən iki gün əvvəl – fevralın 25-də Kataloniya trasında təqdim olunacaq. Yeni bolid çəkiliş gününə görə maksimum 100 km məsafə qət edə biləcək və Pirelli-nin nümayiş təkərlərindən istifadə ediləcək. VF-17-ni Roman Qrojan idarə edəcək, amma Kevin Maqnussen də trasda olacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*