K.Maqnussen: Aston Martin-in performansı təəccüblüdür

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, Aston MArtin-in builki performansı təəccüb doğurur.

F-1.az xatırladır ki, Aston MArtin komandası keçən il 7-ci, Haas isə 8-ci yeri tutmuşdu. Hər iki komanda da bu mövsümə böyük ümidlərlə başlasalar da, “yaşıllar” hazırda çempionatda ikinci, Haas isə orta qrupun sonlarındadır.

Kevin Maqnussen: “Bu il mübarizə çox yaxındır. Buna görə də mövsümün əvvəlində başladığınız yerdə qalmaq və stabil olaraq 8-ci yeri tutmaq mümkünsüzdür. Bu il davamlı nəticələr üçün hər şeyi düzgün etməlisiniz. Orta qruplardakı komandalardan sadəcə biri zirvəyə yaxınlaşıb. O da Aston Martindir. Onların bu performansı təəccüblüdür.

Yeni maşınla inkişaf etməyi düşünürdük və özümüzə güvənirdik. Məncə, trasda da bunu göstərdik. Ümid etdiyimiz səviyyədəyik. Ancaq rəqiblərimiz də yaxşı işlədikləri üçün hələ də orta qrupdayıq. Əlbəttə, Aston Martin kimi böyük addım ataraq, zirvəyə yaxınlaşmaq istərdik, amma gələcəkdə hədəflərimizdən biri budur”.

Qeyd edək ki, Aston Martin ilk 5 yarışda 4 podium qazanıb.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*