S.Peres: Əsas Qrojanın sağ qalmağıdır

Racing Point komandasının sürücüsü Serxio Peres bildirib ki, əsas podium yox, Qrojanın sağ qalmasıdır.

F-1.az xatırladır ki, meksikalı sürücü Bəhreyn yarışında podiuma gedirdi. Amma sona üç dövrə qalmış MGU-K problemi əmələ gəlib və Perez mübarizəni dayandırmalı olub.

Serxio Peres: “Çox ciddi qəza idi. Bunu gördüyünüzdə və yenidən kokpitə qayıtmalı olduğunuzda vəziyyət daha da çətinləşir. Onun yaxşı olduğunu və yaralarının ciddi olmadığını görəndə rahatladım. Lakin o anda yarışa fokuslanmaq çox çətin idi.

Yarışı bitirə bilməmək mənim üçün ağır zərbə oldu. Lakin o qəzadan sonra hər şeyə fərqli baxmağa başladım. Bir podium az olsa, dünya dağılmaz. Əsas odur ki, Qrojan sağdır. Təhlükəsizlik tədbirləri artırılmalıdır. Belə qəzalar görmək istəmirik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*