N.Hülkenberq: Təkər partlaya bilərdi

Racing Point komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, boliddə titrəmə artdığı üçün son dövrələrdə pitə girməli olublar.

F-1.az xatırladır ki, almaniyalı sürücü 5-ci yerdə gedərkən gözlənilmədən son dövrələrdə pitə girib və yarışı 7-ci yerdə bitirməli olub. Pitdən əvvəl isə Hülkenberq Mercedes-lərdən daha sürətli idi və Leklerə yaxınlaşırdı.

Niko Hülkenberq: “Pitə girməli olduq. Arxa təkərlərdə dənlənmə oldu. Titrəmə get-gedə artırdı. Pitə girməsək, təkər partlaya bilərdi. Yarışın ilk dövrələrində isə hər şey istədiyimiz kimi gedirdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*