S.Fettel: Bolid yavaşdır

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bolidin performansından narazıdır.

F-1.az xatırladır ki, almaniyalı sürücü sıralanma turunda 17-ci olsa da, rəqiblərinin cəzalarına görə yarışa 13-cü yerdən start verəcək.

Sebastyan Fettel: “Dövrəmdən razı qalsam da, bolid çox yavaşdır. İlk cəhdimdə boliddən bəzi detallar uçdu və pitə qayıtdım. Daha sonra bir cəhdim olsa da, bacarmadım, çünki tempim getdi. Daha yaxşı temp tutsaydım, daha çox risk alardım. Amma alınmadı.

Çox zəifik. Həm düzlükdə, həm də döngələrdə. Vəziyyət pisdir. Cəzalara görə yarışa 13-cü yerdən başlayırıq. Ancaq asan olmayacaq. Arxamızdakı əksər sürücülər bizdən sürətlidirlər və bizi asanlıqla keçəcəklər. Lakin neçənci dövrədə?

Ümid edirəm ki, yarıç tempimiz daha güclü olar. İnanıram ki, yaxşı gün olacaq. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*