Buz Adam Şumaxeri seçib

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, idealı olmasa da, çempionlar arasında Şumaxeri özünə yaxın hiss edir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 2003-cü ildə Şumaxerlə son yarışa qədər davam edən titul uğrunda mübarizə aparmışdı. İki sürücü daha sonra 2008-ci ildə Ferrari-də birgə işləmiş, hətta, birlikdə reklamlara da çəkilmişdilər.

Kimi Rəykkönen: “Bütün yarışçılar yaxşı idi. Heç vaxt xüsusi idealım olmadı, amma Ferrari-nin bütün çempionları arasında Şumaxerlə yarışmaq şansım oldu. Çempionluq uğrunda mübarizədə ona məğlub olduğum vaxtlar da oldu. Onu bir az tanıyıram və buna görə də bütün çempionlar arasında Şumini özümə yaxın hiss edirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*