E.Fittipaldi: Alonso haqlıdır

Braziliyalı ikiqat dünya çempionu digər ikiqat çempion Fernando Alonsonun Lyuis Həmiltonun titulları barədə fikirlərini şərh edib.

F-1.az xatırladır ki, ispan sürücü Lyuisin titulları rəqiblərinin olmaması hesabına qazandığını, Maks Ferstappenin titulları qədər dəyərli olmadığını bildirmişdi.

Emerson Fittipaldi: “Bunu təhlil etmək çətindir, lakin Alonsonun sözləri məntiqlidir. İndiki mübarizə Lyuisin çempion olduğu illərdəkindən xeyli çətindir. Ferstappen bir çox pilotla rəqabət aparır, buna görə də Fernandonun açıqlamalarını haqlı hesab edirəm. Sıralanma turunda ilk beşlikdə fərqlər az olur. Amma Lyuisin həm Niko Rosberq, həm də Valtteri Bottasla komanda yoldaşı olduğu dövrlərdə fərqlər daha böyük idi. İndi peleton daha sıxdır və şəxsən mən bunu çox bəyənirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*