Maks Ferstappen: “Hər iki sessiya elə də pis keçməyib. Biz həmişə sürətlənmək və təkərlərin işini daha yaxşı anlamaq üçün imkan tapmağa çalışırıq. Sükan arxasında özünəinamı tədricən artırmaq çox vacibdir, xüsusən də burada, yeni trasda, və mən hər dövrə ilə sürətin artdığını hiss edirdim.
Həmişə hansısa xırda məqamları düzəltmək imkanı olur, buna görə işləməyə davam etmək və irəliləyişə nail olmaq lazımdır – bu axşam da məhz bunun üzərində çalışacağıq.
Sabah əsas diqqəti bir sürətli dövrədəki tempə, eləcə də uzun dövrələr seriyasında təkərlərin davranışına yönəltmək lazım gələcək, amma hadisələr istənilən ssenari üzrə inkişaf edə bilər, buna görə ümid edirəm ki, üçüncü sərbəst yürüş problemsiz keçəcək və qarşımızda duran vəzifələri həll edə biləcəyik”.





