Tauriss eyham vurub ki, Cadillac-ın heyəti dəyişə bilər

Kolton Hertanın, doğrudan da, 2027-ci ildə Cadillac komandasında Valtteri Bottası əvəzləmək şansı var - TWG Motorsports-un icraçı direktoru və Cadillac-ın Formula1 proqramının rəhbəri Dən Tauriss bu ehtimalı istisna etməyib.

Onun sözlərinə görə, komandanın hər iki sürücüsünün – Serxio Peresin və onun finlandiyalı komanda yoldaşının gələn il üçün qüvvədə olan müqaviləsi var, lakin bu, razılaşmaların yenidən nəzərdən keçirilə bilməyəcəyi anlamına gəlmir.

“Düşünürəm ki, bir neçə həftədən sonra sürücülərimizlə bağlı necə hərəkət edəcəyimiz barədə yeni məlumat paylaşa biləcəyik, – deyə Tauriss Sirius XM radiostansiyasına müsahibəsində bildirib. – Əlbəttə, bizim Serxio və Valtteri ilə müqavilələrimiz var, onların işləmə tərzi xoşumuza gəlir. Amma, əlbəttə, Valtterinin lazım olan tempi göstərə bilmədiyi bir neçə yarış da olub, ona görə də bu məsələni müzakirə edirik və hadisələrin necə inkişaf edəcəyinə baxacağıq”.

Kolton Hertanın Cadillac-ın əsas heyət sürücüsü olmaq şansının olub-olmadığı barədə birbaşa suala Tauriss belə cavab verib: “Bəli, şans hər zaman var”.

Ostində Kolton Herta cümə məşqində MAC-26-nın sükanı arxasına keçib və əgər Cadillac ona mövsümün qalan mərhələlərində bu işi davam etdirmək imkanı versə, FİA superlisenziyasını almaq üçün kifayət qədər xal toplayacaq.

,