Aston Martin komandasının yarış direktoru Mayk Krək bildirib ki, komandada Fernandonun qərarını gözləyirlər və onun 2027-ci ildə də çıxışlarını davam etdirəcəyinə ümid edirlər.
Mayk Krək: “Danışıqlar artıq bir neçə aydır davam edir. Fernando lap əvvəldən demişdi ki, qərarını yayda verəcək. Düşünürəm ki, yaxın həftələrdə onun yekun qərarını öyrənəcəyik. Hazırda Fernandonun qərarını gözləyirik, daha sonra isə ona uyğun hərəkət edəcəyik.
Digər sürücülərlə bağlı şayiələrə gəlincə, bizim mövqeyimiz həmişə dəyişməz olub – biz Fernando ilə əməkdaşlığı davam etdirmək istəyirik. Dediyim kimi, razılığa gələ biləcəyimizə kifayət qədər əminik. Bununla yanaşı, onun qərarı müstəqil şəkildə vermək istəyinə hörmətlə yanaşmalı, buna görə də cavabını gözləməliyik”.





