Z.Braun: “Alonso həmişə sədaqətli olub”

McLaren komandasının rəhbəri Zek Braun bildirib ki, ən çətin günlərdə belə Alonso "narıncılar"a sadiq qalıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2015-ci ildə McLaren komandasına qayıtmış və bundan sonra ən yaxşı nəticəsi 5-ci yer olub.

Zek Braun: “Son illər Alonso üçün çətin keçsə də, McLaren-də özünü rahat hiss edir. Batton və Vandorn kimi güclü komanda yoldaşları oldu. Çətin zamanlarda çox doğru hərəkətlər etdi. Fernandonum üzü gülür. Bu da xoşuma gəlir. Hamımız sürücülərimiz üçün gözəl ortam yaratmaq istəyirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*