Alonso Red Bull-da konfliktlərə ümid edir

Fernando Alonso Red Bull maşınlarının sürət üstünlüyünü etiraf edir, lakin bu mövsüm qələbə qazanacağına ümid edir - yalnız titul uğrunda mübarizə aparan Ferstappen və Peres arasında mümkün mübahisələr hesabına.

F-1.az xatırladır ki, ispaniyalı arxadan qalan yarışların hamısını 3-cü yerdə başa vursa da, bütün yarışlarda qələbəyə Red Bull sürücüləri seviniblər..

Fernando Alonso: “Ətrafdakı bir çox insanlar karyeramda 33-cü qələbəni nə vaxt qazana biləcəyimi soruşurlar. Amma realist olmaq lazımdır. Bilirik ki, Red Bull maşınları indi çox irəlidədir, lakin mövsümün sonu hələ çox uzaqdadır – uzun mövsüm ərzində hər şey ola bilər.

Etibarlılıqla bağlı problemlər, aralarında hər cür toqquşma da ola bilər. Bilirik ki, onların komandadaxili münasibətləri hazırda çox qaynardır və buna diqqət yetiririk. Məqsədimiz hər yarışda şanslarımızdan maksimum yararlanmaqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*