E.Fittipaldi: “Alonso gələn il çempiondur”

Formula1-in əfsanəvi sürücülərindən biri olan Emerson Fittipaldi bildirib ki, Fernando Alonso gələn il çempionluq uğrunda mübarizə apara bilər.

F-1.az xatırladır ki, McLaren komandası gələn il Honda mühərriklərindən imtina edərək, Renault mühərriklərinə keçəcək.

Emerson Fittipaldi: “Məncə, gələn il Fernando üçün daha yaxşı olacaq. O, hazırda peletondakı ən güclü sürücüdür və McLaren-in güclü şassisi var. Özü dediyi kimi döngələrdə çox güclüdürlər. Əgər gələn il şassini təkmilləşdirə bilsələr, Renault mühərrikləri ilə əla şansları olacaq. Podium və qələbə uğrunda mübarizə apara bilərlər. Hətta daha yaxşı iş görsələr, çempion ola bilərlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*