F.Alonso: Ən böyük rəqibim Şumaxer idi

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, idmandakı ən böyük rəqibi Mixael Şumaxer olub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2006-cı ildə Şumaxerlə titul uğrunda mübarizə aparmış və sonda qalib gəlmişdi.

Fernando Alonso: “Birini seçmək çətindir, çünki hamısı güclü rəqiblər və istedadlı sürücülər idilər. Bu idmana təzə gəldiyimdə Mixael Şumaxer hər yerdə hegemonluq edirdi. Buna görə də onunla olan mübarizəm daha böyük idi. Mixaellə mübarizə çox xüsusi idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*