20 Avqust 2019, Çərşənbə axşamı - 02:45

F.Alonso: “Ən güclü rəqibim Şumaxer idi”

F.Alonso: “Ən güclü rəqibim Şumaxer idi”

Müəllif: Rauf Hacıyev, redaktor

20:42 - 29 Dekabr, 2016

Formula1-in ikiqat Dünya Çempionu Fernando Alonso bildirib ki, böyük uğurlar üçün mübarizə aparmaqdan ötrü darıxıb.

F-1.az xatırladır ki, Fernando Alonso 2005-ci və 2006-cı illərdə Dünya Çempionu titulunu qazanmış və 2007, 2010 və 2012-ci illərdə çempionluğu son yarışda əldən vermişdi.

15 illik Formula1 karyerasında Minardi, Renault, McLaren və Ferrari komandalarında çıxış edən Alonso bildirib ki, çempionluq mübarizəsi verməkdən ötrü darıxıb: “Bu hissi 5 dəfə yaşamışam və buna görə də şanslıyam.

Əgər idman etsəniz, simulyatorda işləsəniz, bazaya və tədbirlərə getsəniz, mətbuatın önünə çıxarsınız. Bütün bunları çempionluq uğrunda mübarizəsi vermək üçün edərsiniz.

Son 4 ildə çempionluq uğrunda mübarizə apara bilmirəm və bu hisslər üçün darıxmışam. Digər tərəfdən də bu hissi 5 dəfə yaşadığım üçün özümü şanslı hiss edirəm. Bunlardan ikisində qazanan tərəf mən idim. Aşağı kateqoriyada bir yerdə yarışdığım bəzi sürücülər Formula1-də yarışa bilmədilər. Bəziləri Formula1-də yarışsa da, podiuma belə yüksələ bilmədilər. Bəziləri poul və ya qələbə qazana bilmədilər. Amma çox istedadlı idilər. Buna görə də özümü şanslı hesab edirəm”.

Alonso etiraf edib ki, ən çətin mübarizəsini 2006-cı ildə Şumaxerə qarşı aparıb: “Bridgestone təkərləri nə vaxt güclü performans göstərsə, Şumaxer ən yaxşısını edərdi. Amma Michelin-in üstünlüyü var idi və özümüzdən əmin idik.

Hər həftəsonu ondan çox xal alacağımızı düşünürdük. Amma Şumi əlindən gələni edərək, qələbə uğrunda mübarizə aparırdı. Ya ikinci, ya üçüncü, ya da dördüncü olurdu, amma həmişə əlindən gələnin ən yaxşısını edirdi. Yarışdığım sürücülər arasında bunu edən yeganə rəqibim Şumaxer idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 393
Teqlər , ,
Paylaş

logo