L.Həmiltonun M.Şumaxer və A.Prostla müqayisəsi

Üçqat dünya çempionu Lyuis Həmilton artıq 31 yaşını qeyd edib. Bəs F1 tarixində ən çox qələbə qazanan Prost və Şumaxer 31 yaşında nə etmişdilər?

F-1.az xatırladır ki, Həmilton hazırda 43 yarışda qələbə qazanmaqla F1 tarixində ən çox qələbə qazanan 3-cü sürücüdür. Bəs ilk iki pillədə qərar tutan Şumaxer (91 qələbə) və Prost (51 qələbə) 31 yaşında hansı uğurları əldə etmişdilər?

Artıq britaniyalı sürücünün 3 Dünya Çempionluğu var və bunlardan ikisini son 2 mövsümdə Mercedes AMG komandası ilə qazanıb.

Bəs Lyuis Mixael Şumaxerin 91 qələbə və 7 Dünya Çempionluğu rekordunu qıra biləcəkmi? Gəlin statistikalara nəzər salaq. Qeyd edək ki, statistika 31 yaşa qədər olan karyera üçün hesablanıb.

Yarışda start sayı:

Şumaxer: 126

Prost: 89

Həmilton: 167

Qələbə sayı:

Şumaxer: 35

Prost: 21

Həmilton: 43

Qələbə ortalaması:

Şumaxer: 27,78 %

Prost: 23,60 %

Həmilton: 25,75 %

Podium finişlər (qələbə qazandığı yarışlar hesablanmır):

Şumaxer: 36

Prost: 16

Həmilton: 44

Çempion titulları:

Şumaxer: 2

Prost: 1

Həmilton: 3

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*