S.Vandorn: “Alonsoya fokuslanmayacam”

Debütant sürücü Stoffel Vandorn bildirib ki, 2017-ci ildə əsas məqsədi komanda yoldaşı Alonsonu qabaqlamaq olmayacaq.

F-1.az xatırladır ki, belçikalı sürücü keçən mövsümün sonunda karyerasını bitirən Battonu əvəzləyib. Xatırladaq ki, 24 yaşlı sürücü Formula1-dəki ilk yarışına keçən il Bəhreyndə çıxmış və bir xal qazanmışdı.

Stoffel Vandorn: “Alonsoya fokuslanmaq mənim üçün ən böyük səhv olar. Bizim əsas məqsədimiz McLaren Honda-nı yenidən zirvəyə qaldırmaqdır və bunun üçün bir yerdə işləməliyik. İlk mövsümümdə axmaq səhvlər etməməyə çalışacam. Bunları etməsəm, gözəl nəticələr ala bilərəm. Bundan əvvəl fərqli seriyalarda yarışıb təcrübə qazanmışam. Formula1 zirvədir və burada bacardığım qədər çox xal qazanmaq istəyirəm.

Komanda ilə bolid üzərində işləməkdən həzz alıram. Bunu daha əvvəl etməmişdim və inanıram ki, daha yaxşı olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*