F.Alonso İspaniya yarışına ümid etmir

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, həftəsonu ölkəsində keçiriləcək yarış onun üçün xüsusidir.

F-1.az xatırladır ki, Fernando Alonso son iki mövsümdə İspaniyada xal qazana bilməyib və belə görünür ki, “yerli qəhrəman” bu il də qara tilsimi qıra bilməyəcək, çünki 35 yaşlı təcrübəli sürücü bütün səylərinə baxmayaraq, builki heç bir yarışda damalı bayrağı görə bilməyib.

Fernando Alonso: “İspaniya üçün Barselonaya qayıdıram və buna görə də xoşbəxtəm. Kataloniya mənim ev yarışımdır. Orada gözəl xatirələrim var və atmosfer fərqlidir. Mövsümöncəsi testlərdə burada çox vaxt keçirmişik, amma yarışda atmosfer fərqli olur, çünki fanlarınız önündə yarışırsınız. Bu xüsusi hissdir.

Bizim üçün çətin keçən yarışlardan sonra bu həftəsonu nələr olacağına əmin deyilik. Buraya yeniliklər gətirsək də, etibarlılıq problemləri davam edir. Komanda problemləri həll etmək üçün çox işləyir və bundan xəbərdaram. Qüsursuz yarış keçirəcəyimizə ümid edirəm. Son sıralanma turları bizim üçün həyəcanlı keçdi. Barselonada bunu təkrar etmək istəyirik. Amma yarış günü maksimumu almalıyıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*