F.Alonso startda 40 yer itirəcək

McLaren Honda komandasının sürücüsü Fernando Alonso bu həftəsonu etdiyi mühərrik dəyişikliklərindən sonra startda 40 yer itirəcək.

F-1.az xəbər vermişdi ki, ispaniyalı sürücü Bakıda yeni MGU-H generatoruna və turboya keçdiyi üçün 15 yer itirəcək. Lakin Alonsonun yeni daxiliyanma mühərriyinə keçmə ehtimlı olduğu üçün cəzanın artacağı gözlənilirdi. Cümə günü mühərriyin üçüncü versiyasını test edən Alonso dördüncü güc qurğusundan istifadə etmiş olub. İspaniyalı sürücü daha son ikinci versiya mühərriyə keçib və buna görə startda daha çox yer itirəcək. Daxiliyanma mühərriyindən başqa MGU-K, MGU-H generatorlarına və turboya keçdikdən sonra startda daha 25 yer itirib və nəticədə cəzası 15 yerdən 40 yerə yüksəlib.

Alonsonun komanda yoldaşı Vandorn da yeni MGU-H və turboya keçib.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*