Domenikali: Alonsonun uyğun layihəyə ehtiyacı var

İspaniyanın AS qəzetinə verdiyi müsahibədə Formula1-in rəhbəri Stefano Domenicali ümid edib ki, Fernando Alonsonun karyerası hələ bir neçə il davam edəcək…

Stefano Domenikali: “Mən Alonsonu böyük hörmətlə qarşılayıram, o – fantastik sürücü və güclü xarakterə malik dözümlü idmançıdır. Mən onun üçün narahatam. Fernando işə hər səviyyədə qorxmaz sədaqəti ilə seçilir. Şübhəm yoxdur ki, layiqli maşının sükanı arxasında o yenidən öz istedadını göstərə biləcək. Onun uyğun bir layihəyə ehtiyacı var.

Formula1-ə qəhrəmanlar lazımdır. Ümid edirəm, Fernando bizimlə uzun müddət qalacaq, sürətli maşında yarışacaq və yüksək nəticələr uğrunda mübarizə aparacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*