S.Abitebul: Alonso heyvandır

Renault komandasının rəhbəri Siril Abitebul bildirib ki, Fernando Alonso hazırkı sürücüləri Daniel Rikkardoya nisbətən aqressivdir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü gələn il Renault komandasında Daniel Rikkardonu əvəz edəcək.

Siril Abitebul: “Alonso daha aqressivdir. Daniel ilə vacib şeylərdən danışmaq asan deyil, çünki utancaq adamdır və sizinlə dəqiq danışmır. Onun gülərüzünü anlamaq üçün bizə çox vaxt lazım oldu.

Fernando isə təmiz başqa xarakterdir. Motorda, boliddə, strategiyada və işin təşkilində daha açıq sözlü olacaq. Bunu bilirik. O, əsl heyvandır. Bunu yaxşı bilirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*