Toto Volff bir neçə dəfə istefa verməyə çalışıb

Bu mövsüm Mercedes komandasının rəhbəri Toto Volff ümumilikdə şəxsi və komandalararası hesabda 17 titul qazanaraq bu göstəricidə McLaren-in sabiq rəhbəri Ron Dennislə bərabərləşib və Formula 1 tarixinin ən uğurlu komanda rəhbərlərindən birinə çevrilib. Bu hadisə münasibətilə Toto Berlində keçirilən "Golden Steering Wheel 2026" mükafatlandırma mərasiminə dəvət alıb və burada Auto Bild Motorsport Award mükafatına layiq görülüb.

Səhnədə çıxış edən Toto bildirib ki, son illərdə bir neçə dəfə Mercedes-Benz Group AG-nin İdarə Heyətinin sədri Ola Kalleniusa istefa xahişi ilə müraciət etdiyi üçün bu cür uğurlara ümumiyyətlə nail olmaya da bilərdi, lakin o, hər dəfə bunu rədd edib.

“Mən etdiyim işlə məşğul olmağa davam edəcəyəmmi? Bəli, çünki Ola məni buna məcbur edir, – deyə Toto Volff zarafat edib. – Son illərdə bir neçə dəfə ona istefa təklifi ilə müraciət etmişəm, amma o, hər dəfə belə cavab verib: “Sən bu işlə məşğul olmağa davam edəcəksən”.