Məsələnin mahiyyəti ondadır ki, Monzada restartdan əvvəl Racing Bulls sürücüsü maşını start yerində dəqiq yerləşdirməyib və buna görə ikinci isinmə dövrəsi elan olunub. Adətən belə hallarda qayda pozuntusuna yol verən sürücü 10 saniyəlik cəza alır, lakin Yuki barədə heç bir sanksiya tətbiq olunmayıb – stüardlar müəyyən ediblər ki, yaponiyalı sürücünün maşını start yerinin hüdudları daxilində olub, onun hərəkətləri digər sürücülərə təsir göstərməyib, əlavə dövrə ilə bağlı qərarı isə yarışın direktoru Tsunoda prosedur pozuntusuna yol verdiyinə görə verməyib.
Nəticədə, stüardların qərarı ilə Tsunoda onuncu yeri qoruyub, lakin o, 10 saniyəlik cəza alsaydı, onuncu yerə Audi komandasının sürücüsü Qabriel Bortoleto yüksələcəkdi, onun komanda yoldaşı Niko Hülkenberq isə on birinci olacaqdı. Audi komandası qərarın dəyişdirilməsini, yarışın nəticələrinə yenidən baxılaraq Yukinin cəzalandırılmasını tələb edir.
Hakimlərin qərarı və FIA-nın xahişi ilə məxfiliyin qorunması məqsədilə dinləmə ictimaiyyət, KİV və iştirak etməyə səlahiyyəti olmayan bütün şəxslər üçün qapalı keçiriləcək.





