K.Rəykkönen: Keçən ildən sürətliyik

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, C41 keçənilki boliddən hərtərəfli üstündür.

F-1.az xatırladır ki, finlandiyalı sürücü üçgünlük qış testlərində 166 dövrə vurub və C5 tərkibi ilə 1.29.766 zaman nəticəsi göstərərək, testləri 4-cü yerdə başa vurub.

Kimi Rəykkönen: “Yaxşı gün idi. Buraya gətirdiyimiz hər şeyi sınaqdan keçirdik. İki həftədən sonra buradakı yarışda neçənci olduğumuzu görə biləcəyik. Testdəki zaman nəticələri meyar deyil. Hazırda heç bir komanda əsl performansını göstərməyib. Lakin C41 yaxşı işləyir və keçənilki boliddən daha yaxşıdır. 2020-ci ildəki ən güclü halımızdan daha sürətliyik. Görək yarışlarda nə edirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*