K.Rəykkönen səhvləri anlamağa çalışır

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, sıralanma turundakı səhvlərinin səbəbini anlaya bilmir və bunun üzərində işləyir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü bu mövsüm sıralanma turunda etdiyi səhvlərə görə tənqid hədəfinə çevrilib.

Kimi Rəykkönen: “Sonuncu sıralanma turlarının əvvəlkilərə nisbətən niyə çətin olduğunu bilmirəm. Amma vəziyyəti düzəltmək üçün əlimizdən gələni edirik. Bir neçə sessiyada güclü olmaq mümkün deyil. Qələbə qazanmamağım sürüş tərzimə təsir etmir. Keçmişdə qazanmışdım və yenidən qalib gələ bilərəm. Düzdür, uzun müddətdir qalib gələ bilmədim. Amma qalib gələndə fərqli sürücü olmursunuz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*