14 Oktyabr 2019, Bazar ertəsi - 02:39

Pol Rikar, 26 yanvar, Pirelli-nin təkər testləri

Pol Rikar, 26 yanvar, Pirelli-nin təkər testləri

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:07 - 26 Yanvar, 2016

Pirelli şirkəti çoxdan tam yağış təkər testlərinin zəruriliyini təkid edirdi, amma yalnız indi bu ideyanı reallaşdırmaq mümkün olub. Yanvarın sonunda təkər istehsalçısı süni sulama sistemi olan Pol Rikar avtodromunu icarəyə götürüb və iki gün ərzində 3 komanda ilə – Red Bull, Ferrari və McLaren komandaları ilə özlərinin tərtib etdikləri proqram üzrə işləyiblər. Keçənilki mövsümdə istifadə olunan maşınlarda yeni təkər tərkiblərinin effektivliyi müqayisə olunub – maşınlarda aerodinamik yeniliklərin istifadəsi qadağan olunub.

Maraqlıdır ki, keçən mövsümün gedişində nəm trasda əziyyət çəkən komandalar, məsələn, Williams, testlərə qatılmamışdılar, amma testlərin komandalar üçün elə də əhəmiyyəti yox idi, çünki mühəndislər konkret hansı təkər tərkibinin maşına vurulmasını bilmirdilər. Mühəndislər heç maşınların sazlanmalarını da dəyişə bilmirdilər. Testlərdən sonra isə çempionatın bütün iştirakçıları eyni texniki məlumatları alacaqlar.

F-1.az xəbər verir ki, testlərin məqsədi yağış təkərlərin effektivliyinin artırılmasıdır: ilişmənin artırılması, akvaplaninqin azaldılması, müxtəlif şəraitlərdə təkərlərin işçi diapazonunun genişləndirilməsi – avtodromun avadanlığı istənilən şəraiti imitasiya etməyə imkan verirdi, yüngül yağışdan tropik leysana kimi. Testlərin yekununa görə Pirelli yağış təkərlərin optimal variantını seçəcək və mövsüm boyu ondan istifadə edəcək.

Testlərin ikinci günü iki komandada sürücülər dəyişib – Red Bull RB11-in sükanı arxasına Daniil Kvyat əyləşib, Ferrari-də Kimi Rəykköneni isə Sebastyan Fettel əvəz edib. McLaren komandası Stoffel Vandornla işə davam edib. Dünən belçikalı sürücü Honda güc qurğusundakı problem üzündən proqramı tam yerinə yetirə bilməmişdi – bu gün də komanda problemlərlə üzləşib, amma bu dəfə mexaniklər nasazlığı tez bir zamanda aradan qaldırıblar.

Bu gün testlərin proqramı da dəyişib. Dünən sürücülər 10 müxtəlif təkər tərkibinin hər birində 3.8 km uzunluğu olan trasda “süni yağış altında” 10 dövrə vurmuşdular, bu gün isə “qurumaqda olan” trasda həmin tərkiblərdə dövrələrin sayını artırıblar, nahardan sonra isə yağış təkərlərindən keçid təkərlərinə optimal keçid zamanını tapmağa çalışıblar. Yekunda qeyri-rəsmi protokollara Fettel başçılıq edib. İki gün ərzində sürücülər 659 dövrə və ya 2326 km məsafə qət ediblər.

Beləliklə, yağış təkər testləri başa çatıb, komandalar bir də fevralın 22-də Barselonada bir araya gələcəklər – amma bu dəfə yeni maşınlarla…

YerSürücüKomandaMotorZamanFərqDövrə
01.S.FettelFerrariFerrari1:06.750134
02.D.KvyatRed BullRenault1:06.833+ 0.083113
03.S.VandornMcLarenHonda1:07.758+ 1.008127

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 718
Teqlər , , , , , , ,
Paylaş

logo