P.Vindzor: Lekler səbirsizdir

Formula1 şərhçisi Peter Vindzor bildirib ki, Şarl Leklerdə səbir çatışmır.

F-1.az xatırladır ki, monakolu sürücü bu il ilk 3 yarışın 2-də mübarizəni vaxtından əvvəl dayandırsa da, Bakıda həm sprint, həm də əsas yarışa pouldan başlamış və burada komandasına və özünə mövsümün ilk poulunu qazandırmışdı.

Lakin sonrakı Mayami Qran Prisində Lekler həm sərbəst yürüşlərdə, həm də sıralanma turunda eyni nöqtədə iki qəza etmiş və yarışı yeddinci yerdə bitirmişdi.

Peter Vindzor bu qəzaların günahını Ferrari-nin rəhbəri Frederik Vassyördə görür. O düşünür ki, ilk qəzadan sonra Lekler ilə danışmalı və onu sakitləşdirməli idi.

Peter Vindzor: “Yazıq Şarl… Mayamidən sonra belə düşünəcək: Monakoda yenidən divara çırpıla bilmərəm, bunu daha əvvəl çox etmişəm. Monakonu qazanmaq istəyirəm! Ümid edirəm ki, komandada onun zehnini düzgün səviyyəyə gətirə biləcək idarəçi var.

İndi bunu buraxaq və görək tras onlardan nə istəyir. Bu şəhər tipli trasdır. Buna görə də bazar günü tras cümə günündən fərqli olacaq. Mənim onlara məsləhətim odur ki, trasda lazımından çox həddi aşmayın. Qoy təkərlər və asfaltla ilişmədə doğru zaman gəlsin.

Monakoda hər şey səbirə bağlıdır. Şarldada hazırda bu yoxdur. Amma ümid edirəm ki, Frederik Vassyör Mayamidən sonra belə düşünüb: Bunu doğrudan da bacarmadım. Bu hadisənin yaşanmasına icazə verməməli idim və Şarlın Monako üçün yaxşı vəziyyətdə olduğuna əmin olmalıyam”.

Qeyd edək ki, Şarl Lekler vətəni Monakoda daha əvvəl heç podiuma yüksələ bilməyib. O, 2021-ci ildə poula yaxın idi, amma qəza edərək, yarışa belə çıxa bilməmişdi.

25 yaşlı pilot keçənilki Monakoda yenidən poul qazansa da, Ferrari komandası yağışlı havada səhv strategiya seçmiş və bu Lekler xətalara görə yarışda dördüncü yerə geriləmişdi.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*