17 Oktyabr 2019, Cümə axşamı - 09:25

Rusiya-2019: Birinci sərbəst yürüşlər

Rusiya-2019: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

13:45 - 27 Sentyabr, 2019

Soçidə gözlənilən yağıntı birinci məşqlərə təsadüf etməyib və sürücülər quru havada işləyə biliblər. Səhər tras tozlu olsa da, Formula2 və Formula3 sürücüləri asfaltı kauçukla bir qədər dolduraraq vəziyyəti yaxşılaşdırıblar. Bütün komandalar əsas pilotları ilə çıxış ediblər.

F-1.az bildirir ki, yarım saatın tamamında Kvyat motor güc itirdiyi üçün 15-ci döngədə dayanmalı olub. Maşının təxliyəsi üçün bir neçə dəqiqəlik VTM rejimi tətbiq olunub. Sadəcə 5 dövrə vura bilən Danielin maşınındakı problemin yanacaq sistemində olduğu bildirilib.

Lyuis əyləclərdən şikayət edib və mexaniklər onun maşınında əyləc disklərini dəyişiblər. Bottasın maşınında arxa qanad zədələnib və DRS bağlanmadığı üçün finlandiyalı sürücü boksa qayıtmalı olub. Rikkardo da əyləcdəki problemə görə 10-cu döngədə qəza edib.

Protokollara 1:34.462-lik nəticə göstərən Şarl Lekler başçılıq edib. Məşqlər nahardan sonra davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
116Şarl LeklerFerrari1:34.46220
233Maks FerstappenRed Bull1:34.544+ 0:00.08225
35Sebastyan FettelFerrari1:35.005+ 0:00.54320
477Valtteri BottasMercedes AMG1:35.198+ 0:00.73628
544Lyuis HəmiltonMercedes AMG1:35.411+ 0:00.94922
623Aleksander ElbonRed Bull1:35.484+ 0:01.02222
727Niko HülkenberqRenault1:35.740+ 0:01.27821
83Daniel RikkardoRenault1:36.287+ 0:01.82520
911Serxio PeresRacing Point1:36.321+ 0:01.85927
108Roman QrojanHaas1:36.516+ 0:02.05423
1155Karlos SaynsMcLaren1:36.523+ 0:02.06128
1210Pyer QasliToro Rosso1:36.538+ 0:02.07625
1320Kevin MaqnussenHaas1:36.596+ 0:02.13421
1418Ləns StrollRacing Point1:36.714+ 0:02.25226
157Kimi RəykkönenAlfa Romeo1:36.770+ 0:02.30822
164Lando NorrisMcLaren1:36.844+ 0:02.38230
1799Antonio CovinatsiAlfa Romeo1:37.328+ 0:02.86618
1863Corc RassellWilliams1:38.520+ 0:04.05827
1927Daniil KvyatToro Rosso1:38.550+ 0:04.0885
2088Robert KubitsaWilliams1:38.670+ 0:04.20829

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 84
Teqlər , , , , , ,
Paylaş

logo