19 Avqust 2019, Bazar ertəsi - 16:57

K.Sayns və V.Bottasa xəbərdarlıq olunub

K.Sayns və V.Bottasa xəbərdarlıq olunub

Müəllif: Rauf Hacıyev, redaktor

17:59 - 22 İyul, 2016

Karlos Sayns və Valtteri Bottasa ağ xətlər qaydasına riayət etmədikləri üçün stüardlar tərəfindən xəbərdarlıq olunub.

F-1.az xatırladır ki, həm Bottas, həm də Sayns Macarıstanda sərbəst yürüşlərdə pit-leynin girişindəki ağ xətləri tapdalayıblar və buna görə də stüardlar tərəfindən araşdırma altına alınıblar. Stüardlar araşdırmadan sonra həm Saynsa, həm də Bottasa xəbərdarlıq ediblər. Bu, Saynsın cari mövsümdə ikinci, Bottasın isə ilk xəbərdarlığıdır. Qeyd edək ki, Saynsdan başqa Lyuis Həmilton da iki dəfə xəbərdarlıq alıb. Əgər bu sürücülərdən hər hansı biri 3-cü dəfə xəbərdarlıq alsa, yarışın startında 10 yer itirəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 325
Teqlər , , , , , ,
Paylaş

logo