12 Dekabr 2018, Çərşənbə - 06:59

H.Marko Renault-ya xəbərdarlıq edib

H.Marko Renault-ya xəbərdarlıq edib

Müəllif: Rauf Hacıyev, redaktor

13:13 - 20 Aprel, 2018

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, cəza almağa çox yaxındırlar.

F-1.az xatırladır ki, Daniel Rikkardo 3-cü yarışda artıq 2-ci mühərriyə keçib.

Helmut Marko: “Mövsüm ərzində cəza alacağımıza əminəm. Sadəcə bu cəzalar doğru trasda olmalıdır. Nəticədə bəzi traslarda ötmə etmək daha asan olur. Bu traslarda cəza alsaq, yenidən yüksəlmək daha asan olacaq. Ümid edirəm ki, Siril Abitebul da bu mövzu üzərində işləyir. İlk 3 yarışda bir neçə problem yaşadıq və belə davam etsək, mövsümün sonunda rekord cəzalar alacağıq. Hazırda fransızlarla çətinliklər yaşayırıq. Ümid edirəm ki, etibarlılıq problemini tezliklə həll edərlər. Belə olan halda çempionluq üçün şansımız ola bilər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 105
Teqlər , ,
Paylaş

logo