Rusiya-2020: Yarış

Mucelloda Ferrari-nin 1000-ci yarışı münasibəti ilə 2850 bilet satıldığını nəzərə almasaq, Rusiya Qran Prisi bu mövsüm dolu tribunalar önündə ilk yarış olub. Bu da yarışa əvvəlki auranı qaytara bilib.

F-1.az xatırladır ki, cümə günü baş tutan hər iki sərbəst yürüşlərdə Valtteri Bottas protokollara başçılıq edib. Dünənki məşqlərdə isə hamını üstələyən sürücü Lyuis Həmilton olub. Britaniyalı altıqat dünya çempionu sıralanma turunda xeyli fərqlə poulun sahibi olub, eyni zamanda, trasın yeni rekordunu müəyyən edib.

Pirelli bura mövsümdə ilk dəfə ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirib. Komandalar C5 təkərlərindən qış testlərindən bəri ilk dəfə istifadə ediblər. İlk onluqdan Ferstappen və Bottas Medium, digər 8 sürücü Soft, ikinci onluqdan isə Elbon Soft, Kvyat və Rəykkönen Hard, yerdə qalan sürücülər Medium təkərlərlə start alıblar.

Yarışa Həmilton və Ferstappen ilk, Bottas və Peres ikinci, Rikkardo və Sayns isə üçüncü cərgədən başlayıblar.

Elbon və Latifi ötürmələr qutusunu vaxtından əvvəl dəyişdikləri üçün startda 5 yer itiriblər. Kimi Rəykkönen çıxdığı yarış sayında (323) Rubens Barikelloya çatıb.

Həmilton start düzlüyünə gəlməzdən əvvəl təyin olunmuş yerdən kənarda 2 dəfə start məşqi etməsi stüardlar tərəfindən araşdırılıb.

Startda Həmilton mövqeyini qoruyub, Bottas Ferstappeni, Okon isə Rikkardonu keçib. Sayns asfaltdan çıxıb, geri qayıtmaq istəyərkən maşını divara vuraraq ön sol asılqanı qırıb. Leklerlə təmasdan sonra Strollun maşını da yerində fırlanıb və divara çırpılıb.  Təhlükəsizlik Maşını trasa daxil olub. TM arxasında ilk onluq: Həmilton – Bottas – Ferstappen – Okon – Rikkardo – Peres – Qasli – Lekler – Maqnussen – Qrojan.

Həmiltona iki ədəd 5 saniyəlik cəza verilib. Rassell, Elbon və Norris qırıntıların üstündən keçərək pit-stop ediblər və Hard təkərlərlə trasa qayıdıblar. Restart 5-ci dövrədə verilib və ilk onluqda dəyişiklik olmayıb. Üç dövrə sonra Kvyat Qrojanı keçərək 10-cu yerə yüksəlib. Rusiyalı sürücü doğma trasda 5 dövrə sonra Maqnusseni də üstələyib və 9-cu olub.

Rassell 15-ci dövrədə pit-stop edib. Rikkardo da bir dövrə sonra pit yoluna üz tutub. 17-ci dövrədə təkərlərini dəyişməyə gələn Həmilton hər iki cəzasını çəkib və Hard təkərlərlə 11-ci yerdə trasa qayıdıb. İki dövrə sonra Fetteli keçərək ilk onluğa yüksəlib. Peres 21-ci, Ferstappen 26-cı, Bottas isə 27-ci dövrədə yegabə pit-stoplarını ediblər. Rikkardo Okonla mübarizədə trasdan çıxıb və buna görə 5 saniyə cəza verilib.

Maks təkərlərini dəyişdikdən bir dövrə sonra Kvyatı üstələyib. Növbəti dövrələrdə Elbon, Lekler, Kvyat və Fettel də pit-stopa dəvət ediliblər. 36-cı dövrədən sonra ilk onluq: Bottas – Ferstappen – Həmilton – Peres – Rikkardo – Lekler – Okon – Kvyat – Qasli – Norris.

Fettel 42-ci dövrədə Qrojanı geridə qoyub. Roman bu zaman trasdan çıxıb və kənardakı karton lövhələri parçalayıb. Trasa dağılmış qırıntıların yığışdırılması üçün bir dəqiqəlik Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Qasli və Qrojan daha bir pit-stop ediblər. Qasli Elbonu keçərək xal zonasına düşməyə haqq qazanıb.

Bir neçə mövqe itirmiş Norris də təkərlərini dəyişib. Son pit-stopu isə finişə bir dövrə qalmış Rassell edib.

Beləliklə, Valtteri Bottas mövsümdə və Soçidə ikinci, karyerasında isə 9-cu qələbəsini əldə edib. Maks Ferstappen finiş xəttini ikinci keçən sürücü olub, Lyuis Həmilton isə podiumu tamamlayıb.

Mübarizə iki həftə sonra əfsanəvi Nürburqrinq trasında davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 77 Valtteri Bottas Mercedes AMG 1
2 33 Maks Ferstappen Red Bull + 0:07.729 1
3 44 Lyuis Həmilton Mercedes + 0:22.729 1
4 11 Serxio Peres Racing Point + 0:30.558 1
5 3 Daniel Rikkardo Renault + 0:52.065 1
6 16 Şarl Lekler Ferrari + 1:02.186 1
7 31 Esteban Okon Renault + 1:08.006 1
8 26 Daniil Kvyat AlphaTauri + 1:08.740 1
9 10 Pyer Qasli AlphaTauri + 1:29.766 2
10 31 Aleksander Elbon Red Bull + 1:37.860 2
11 99 Antonio Covinatsi Alfa Romeo +1 dövrə 1
12 20 Kevin Maqnussen Haas +1 dövrə 1
13 5 Sebastyan Fettel Ferrari +1 dövrə 1
14 7 Kimi Rəykkönen Alfa Romeo +1 dövrə 1
15 4 Lando Norris McLaren +1 dövrə 2
16 6 Nikolas Latifi Williams +1 dövrə 1
17 8 Roman Qrojan Haas +1 dövrə 2
18 63 Corc Rassell Williams +1 dövrə 3

 

Sürətli dövrə: Vallteri Bottas (Mercedes) – 1:37.030 (58-ci dövrə, 216.972 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Ləns Stroll Racing Point 1 qəza
Karlos Sayns McLaren 1 qəza

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas 205
2 77 Valtteri Bottas Mercedes AMG Petronas 161
3 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 128
4 4 Lando Norris McLaren F1 Team 65
5 23 Aleksander Elbon Aston Martin Red Bull Racing 64
6 3 Daniel Rikkardo Renault DP World F1 Team 63
7 16 Şarl Lekler Scuderia Ferrari 57
8 18 Ləns Stroll BWT Racing Point F1 Team 57
9 11 Serxio Peres BWT Racing Point F1 Team 56
10 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 45
11 55 Karlos Sayns McLaren F1 Team 41
12 31 Esteban Okon Renault DP World F1 Team 36
13 5 Sebastyan Fettel Scuderia Ferrari 17
14 26 Daniil Kvyat Scuderia AlphaTauri Honda 14
15 27 Niko Hülkenberq BWT Racing Point F1 Team 6
16 7 Kimi Rəykkönen Alfa Romeo Racing 2
17 99 Antonio Covinatsi Alfa Romeo Racing 2
18 20 Kevin Maqnussen Haas F1 Team 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 366
2 Aston Martin Red Bull Racing Honda 192
3 McLaren F1 Team Renault 106
4 BWT Racing Point F1 Team Mercedes 104
5 Renault DP World F1 Team Renault 99
6 Scuderia Ferrari Ferrari 74
7 Scuderia AlphaTauri Honda Honda 59
8 Alfa Romeo Racing Ferrari 4
9 Haas F1 Team Ferrari 1
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*