13 Noyabr 2019, Çərşənbə - 08:07

M.Brandl: “Rosberqin istefası Mercedes-də dərin yaralar açacaq”

M.Brandl: “Rosberqin istefası Mercedes-də dərin yaralar açacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

17:49 - 16 Yanvar, 2017

Sabiq Formula1 sürücüsü Martin Brandl düşünür ki, Rosberqin Mercedes-dən ayrılması komandaya ciddi problemlər gətirəcək..

F-1.az xatırladır ki, Rosberq çempion olduqdan 5 gün sonra karyerasını bitirmişdi. Almaniyalının yerinə ən real namizəd Valtteri Bottasdır.

Brandl inanır ki, Mercedes-in Bottasla qısamüddətli müqavilə imzalaması doğru addımdır. Çünki mövsümün sonunda Alonso və Fettelin komandaları ilə olan müqavilələri sona çatacaq: “Mercedes-i pis vəziyyətdə qoydu. Bu hal Mercedes-ə bir neçə mövsüm təsir edə bilər. Amma mövsümün sonunda bəzi sürücülərin müqavilələri bitdikdən sonra bizi maraqlı anlar gözləyəcək. Amma Bottas yarışlar qazanıb və Dünya Çempionu olsa, işlər onun üçün dəyişəcək. Onun lazımi sürəti var.

Lyuis isə “istədiyiniz adamı gətirin. Mən hamısından sürətliyəm” rejimində olacaq. Əgər bu sürücü Alonso və ya Fettel olsa, Həmilton bir az stresli olacaq”.

Brandl əlavə edib ki, Rosberqin qərarına hələ də inana bilmir: “Təəccübdən ürəyim gedə bilərdi. Oğlum Aleks mənə mesaj göndərəndə 1 aprel zarafatı olduğunu düşündüm və ona inanmadım. Hələ də başa düşmürəm.

Nikonun “Bu zirvədir. Bu zirvədən özümü atacam, çünki istədiyimi əldə etdim” sözlərinə heyran qaldım. Buna görə də cəsarətli qərardır. Amma o ən güclü komandada ən yaxşı olduğunu bütün Dünyaya göstərə bilərdi. Sürücülərin çoxu karyerasında bir dəfə o bolidi sürmək üçün hər şeylərini verərlər. Zirvəyə çatan zaman mənzərənin və yıxılmağın həzzini çıxarın. Liftdən və ya arxa qapıdan istifadə etməyin!

Başa düşməsəm də, ona hörmət edirəm. Öz qərarıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 736
Teqlər , , , ,
Paylaş

logo