N.Rosberq: Sayns doğru seçimdir

Formula1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq bildirib ki, Karlos Sayns onu yanıldıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il Ferrari ilə beş yarışın dördündən xal qazanıb. Sayns sonuncu Monako yarışında ikinci olaraq, “qırmızılar”a bu mövsüm ilk dəfə podium sevinci yaşadıb.

Lakin keçən il Ferrari Karlosu transfer edəndə əksəriyyət bunun səhv addım olduğunu demişdi. Niko Rosberq də bu cür düşünürdü.

Niko Rosberq: “Ferrari-nin Sayns seçimini tənqid edirdim. Lakin indi əla sürür. Düşünürdüm ki, onlara Karlosdan çox Daniel Rikkardo lazımdır, ancaq Mattia doğru addım atdığını göstərdi. Çox stabildir və həmişə lazım olan yerdə olur. Leklerə lazımi qədər təzyiq göstərir və buna görə də Ferrari üçün mükəmməl sürücüdür. Sayns Monakoda poul qazana bilərdi. Ama Leklerin qəzasına görə alınmadı. Lakin o, başını aşağı salıb, işi ilə məşğul oldu və ikinci yeri tutdu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*