K.Sayns: Ferstappen sürətli görünür

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Maks Ferstappen çox sürətli görünür.

F-1.az xatırladır ki, niderlandlı sürücü Kanadadakı cümə sərbəst yürüşlərində hegemonluq edib. Karlos Sayns isə cümə sərbəst yürüşlərində ilk üçlükdə olub.

Karlos Sayns: “Montreala qayıtmaq yeni nəsil maşınlar üçün əsl meydan oxumadır. Bu tras çətin, qabarlı və bol porebriklidir. İlk sessiyadan həzz aldım və ikinci sessiyada inkişafa davvam etdik. Güclü küləyə görə çətinlik yaşasaq da, bütün proqramımızı bitirə bildik. Təkərləri anlamaq bazar günü üçün vacib olacaq və bunun üçün yaxşı məlumatlar topladıq. Sıralanma turunu səbirsizliklə gözləyirəm.

Maks hazırda çox sürətli görünür və tempi yaxşıdır. Ona həm vahid dövrədə, həm də yarışda çatmağa çalışacağıq. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*