Ş.Lekler: İnana bilmirəm

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, yarışda start ala bilməmək qəbulolunmaz haldır.

F-1.az xatırladır ki, monakolu sürücü ev trasında poul qazansa da, sıralanma turunda qəza etmişdi. Komanda bolidi yoxladıqdan sonra problem olmadığını desə də, trasa çıxış dövrəsində maşında problem yaşayıb. Bolidi yenidən araşdıran komanda aparıcı valda problem olduğunu və yarışa çıxa bilməyəcəklərini deyib.

Şarl Lekler: “Boksda özümü yaxşı hiss edə bilmirdim. Çətin idi. Burada heç vaxt yarış bitirə bilməmişəm. Bu il poulda olsam da, yarışa başlaya bilmədim. Bunu qəbul etmək çətindir. Komandaya görə də məyusam. Mexaniklər dünən hər şeyi yoxladılar. Mexaniklər problem olmadığı üçün sevinirdi. İndi isə məyusdurlar.

Problemin səbəbi ötürmələr qutusu deyildi. Problem bolidin sol tərəfindədir. Problemin qəzaya görə olub-olmadığını sonra biləcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*