Ş.Lekler: Möcüzə gözləmirəm

Ferrari komandasının sürücüsü Şarl Lekler cümə günü yaşadıqları geriləməyə görə təəccüblüdür.

F-1.az xatırladır ki, monakolu sürücü Belçiladakı cümə sərbəst yürüşlərində 15-ci yeri tutub. İtalyan komandası keçən illə müqayisədə 1.3 saniyə vaxt itirib.

Şarl Lekler: “Bu qədər geridə qalmaq təəccüblüdür. Çox şey sınadıq. Hazırda tempimiz yoxdur. Çox işləməliyik. Lakin bu həftəsonu möcüzə gözləmirəm. Ferrari-ni bu halda görmək məyusedicidir. Biz əlimizdən gələni edirik.

Bu həftəsonu balans tapmaqda çətinlik çəkirik. Yağış yağanda balans daha da pis olur. Ona görə də yağış yağsa, problemlərimiz ikiqat artacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*